Naxçıvan TV-nin Bakı Bürosunda istefalar: Rəhbər və müxbir işdən ayrıldı

Naxçıvan TV-nin Bakı Bürosundan iki əməkdaşı adıçəkilən telekanaldakı işindən ayrılıb.

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, işdən ayrılan şəxslər Bakı Bürosunun rəhbəri Günay Novruzqızı, digəri isə Rahim Qaraşov adlı müxbirdir.

 

Onların bu addımına səbəb kimi rəhbərliklə aralarındakı etimadsızlıq mühiti olub.

Qeyd edək ki, Naxçıvan TV də rəhbərlik ilə əməkdaşlar arasında ziddiyyətlər olması barədə məlumatlar da yayılır.

 

Gununsesi.info