Nazir: “Biz böyük bədəl ödəyirik”

“Macarıstan Ukraynadakı münaqişədə iştirak etmək istəmir. Macarıstan əsgərinin cəbhə xəttində olmasına imkan verməyəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto Minskdə Sergey Aleyniklə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, onlar Ukraynadakı müharibə üçün böyük bədəl ödəyir: “Baxmayaraq ki, bu bizim müharibəmiz deyil. Macarıstanın məqsədi bəllidir. Biz qonşuluğumuzda davam edən müharibədə iştirak etmək istəmirik”.

Szijjarto müharibənin hərbi yolla, döyüş meydanında həll edilə bilməyəcəyini vurğulayıb: “Biz Macarıstanda münaqişənin gərginləşməsinə yönəlmiş bəyanatları, məsələn, Aİ və ya NATO ölkələrinin nümayəndələrinin Ukraynaya qoşun göndərmək istəyi ilə bağlı bəyanatlarını, nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı bəyanatlarını dəhşətli halda dinləyirik. Biz Avropadan qoşun yeritməyin mütləq zəruriliyi ilə bağlı bəyanatlara qulaq asırıq. Macarıstanda hakimiyyətdə olduğumuz müddətdə bir macarın belə cəbhəyə aparılmasına icazə verməyəcəyik”.

 

Gununsesi.info