İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada baş verən hücumlardan sonra hər hansı bir şəkildə Fələstin dövlətinin qurulmasının əleyhinə olduğunu ABŞ rəhbərliyinə çatdırdığını bildirib.
Gununsesi.info-nun xəbərinə görə, İsrailin baş naziri Netanyahu Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib ki, onlar “HƏMAS-a qarşı qəti qələbə” əldə olunana qədər Qəzza zolağına hücumları davam etdirəcəklər.
ABŞ mətbuatında çıxan “Vaşinqton administrasiyası Netanyahudan sonra Fələstin dövlətinin qurulması üçün hazırlıq görür” xəbəri ilə bağlı suala İsrailin baş naziri belə cavab verib: “Netanyahudan sonrakı gün. Bu, İsrail vətəndaşlarının əksəriyyətindən sonrakı gündür. Mən 30 ildir ardıcıl olaraq bir şeyi deyirəm.Bu münaqişə dövlətin yoxluğundan yox, dövlətin mövcudluğundan gedir”.
Netanyahu BMT başda olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi iki dövlətli həll təkliflərini rədd etdiyini və bu münasibəti ABŞ rəhbərliyinə çatdırdığını bildirib.
Yalnız Qəzza zolağının gələcəyi ilə bağlı İsrailin bütün Qəzza üzərində təhlükəsizlik nəzarəti əldə etməsinə imkan verəcək razılaşmanı qəbul edəcəyini bildirən Netanyahu bunu ABŞ rəsmilərinə dediyini iddia edib.
ABŞ-ın NBC News televiziyasında yayımlanan xəbərdə ABŞ rəhbərliyinin Netanyahudan sonrakı dövrə hazırlaşdığı iddia edilib.
Gununsesi.info