İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Misirdə keçiriləcək Sülh sammitində iştirak etməyəcək.
Gununsesi.info “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Netanyahunun Ofisi yayıb.
İsrail liderləri fövqəladə vəziyyət istisna olmaqla, yəhudi bayramlarında səfərlərə yollanmırlar.
Qeyd edək ki, bundan əvvəl, Netanyahunun Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə tədbirdə iştirak edəcəyi bildirilirdi.













