Növbəti həftə daha 5 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” u qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Növbəti həftə (04-08.07.2022 tarixləri) saat 12:00-da daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin birinci günü Ağdaş rayonunda (Ağdaş şəhəri, M.İsayev küçəsi, Musiqi məktəbinin qarşısı), 2-cü günü Balakən rayonunda (Balakən şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev adına muzeyin qarşısı), 3-cü günü Qax rayonunda (Qax şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev Parkı) , 4-cü günü Oğuz rayonunda (Oğuz şəhəri, Heydər Əliyev prospekti, İstirahət Parkı ), 5-ci günü isə Zaqatala rayonunda (Zaqatala şəhəri, Nizami küçəsi, Mədəniyyət evinin qarşısı) baş tutacaq.

HTML tutorial

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info