“Onların məqsədi ölkədə üsyan və xaos yaratmaqdır” -RƏİSİ

  • By admin
  • 05 Mart 2023 12:44

“Məktəblərdə qızların kütləvi zəhərlənmələrinə görə İranın düşmənləri məsuliyyət daşıyır”.

Gununsesi.info xəbər verir ki, bunun İran prezidenti İbrahim Rəisi son 3 ayda ölkədə azı 30 məktəbdə qızların kütləvi zəhərlənməsi ilə bağlı verdiyi açıqlamada deyib.

“İranın tərəqqisi onun düşmənlərinin sayını da artırıb. Qızların zəhərlənməsini məktəblərdə inamsızlıq, ailələrdə narahatlıq yaratmaq cəhdidir. Düşmənlərimiz cəmiyyətin psixologiyasını hədəfə alıblar. Onların məqsədi ölkədə üsyan və xaos yaratmaqdır”, – Rəisi bildirib.

İranda noyabr ayından indiyədək zəhərlənən şagirdlərin sayı mini keçib.

Gununsesi.info