Ordumuz sərhəd istiqamətdə nə qədər əraziyə nəzarəti əldə etdi?

  • By admin
  • 16 Sentyabr 2022 09:51

Ermənistanın təxribat hücumu ilə sərhəddə başlanan toqquşma bu ölkənin ağır məğlubiyyəti ilə nəticələndi.

Gununsesi.info Publika.az-a istinadən  xəbər verir ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatı zamanı erməni hərbi birləşmələrini geri qaçmağa məcbur edib.

Erməni ordusunun dayandığı 53 döyüş mövqeyi, 2 minaatan atəş nöqtəsi, xeyli sayda hakim yüksəklik ordumuz tərəfindən nəzarətə götürülüb.

Bu ərazilər işğal dövründə Ermənistanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkərək zəbt etdiyi torpaqlardır. O cümlədən, SSRİ dövründə müxtəlif adlar altında Ermənistana bağışlanan ərazilər hələ də təhvil verilməyib. Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası zamanı bu məsələlərə aydınlıq gətiriləcək. Lakin Ermənistan məhz zəbt etdiyi dövlət sərhədindən çəkilməmək, əksinə, yeni həmlə yeni ərazilər əldə etmək məqsədilə təxribat hücumuna başladı. Ordumuzun cavab tədbirləri nəticəsində ciddi itkilər verdi.

Ermənistan mediası iddia edir ki, Azərbaycan ordusu Geqarnukin üç istiqamətində irəliləyib: bir istiqamətdə 4,5 kilometr, bir istiqamətdə 8 kilometr, digər istiqamətdə 7 kilometr

“Nəzarətə götürülən strateji yüksəkliklər onlarla yaşayış məntəqəsinə və əhəmiyyətli yollara nəzarət etmək imkanı verir. Ötən ildən indiyə qədər Azərbaycan 1,5 min hektar əraziyə nəzarət əldə edib”, – erməni mənbələr iddia edir.

Gununsesi.info