Orxan Kəngərlinin həbsinin təfərrüatı

Xəbər verdiyimiz kimi, “Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.

Gununsesi.info Orxan Kəngərlinin saxlanılmasının təfərrüatlarını öyrənib.

Saytımızın əldə etdiyi məlumata görə, Orxan Kəngərli daha səkkiz nəfərlə birlikdə xaricdən qayıdarkən Heydər Əliyev Beynəlxalq hava limanında saxlanılıb.

Məlumata görə, vəkil Cinayət Məcəlləsinin 240-cı maddəsi – güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı şübhəli bilinir.

Xatırladaq ki, 2026-cı ilin yanvar ayından indiyədək Vəkillər Kollegiyasında 123 intizam icraatı başlanılıb.

İntizam işləri üzrə qəbul edilən qərarlara əsasən, 6 vəkil Kollegiyadan xaric edilib, 11 vəkilə xəbərdarlıq olunub, 9 vəkilə töhmət verilib, 27 vəkil cərimələnib, 2 vəkilin fəaliyyəti isə dayandırılıb. 

Elmar

Gununsesi.info