Ermənistan parlamentinə keçirilən seçkilərdə hazırki baş nazir Nikol Paşinyanın partyasının qələbəsi təmin edilib.
Gununsesi.info xəbər verir ki, parlamentdə yerlərin təxminən 60%-ni qazanmaqla təkbaşına hökumət quracaq və heç şübhəsiz ki, Nikol Paşinyan yenidən Baş nazir seçiləcək.
Səsvermənin son nəticəsinə görə, 49.8% səs toplasa da, Parlamentdəki yerlərin bölüşdürülməsinə “D’Hondt Qaydası” tətbiq edilir və parlamentə düşməyən siyasi qüvvələrin səsləri bura düşənlər arasında aldıqları səslərə proporsional bölünür.
Paşinyanın lideri olduğu “Vətədaş müqaviləsi” səslərin 50%-dən azını alsa belə, Ermənistan Parlamentindəki yerlərin təxminən 60%-ni əldə edir.
Yəni Artıq bu partiyanın təkbaşına hökumət qurmaq huququ təmin olunur.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərində mandat qazanmaq üçün tətbiq olunan seçki barajı tək partiyalar üçün: 4%
İki partiyadan ibarət ittifaqlar (bloklar) üçün: 8%
Üç və ya daha çox partiyadan ibarət ittifaqlar (bloklar) üçün: 10% müəyyən edilib.
Firuzə Mahmudova
Gununsesi.info












