Paşinyan Mişelə zəng etdi - "SÜLHƏ HAZIRIQ" DEDİ

  • By admin
  • 13 Sentyabr 2022 11:15

Ermənistan Baş naziri Nikol Paşinyan Aİ Şurasının Prezidenti Şarl Mişelə zəng edib.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, telefon danışığı zamanı Paşinyan sərhəddəki vəziyyətlə bağlı Ş.Mişelə ətraflı məlumat verib.

Şarl Mişel telefon danışığı zamanı regionda sülhə, stabilliyə alternativin olmadığını və gərginliyin daha da artmasının qarşısını almaq üçün səylərini davam etdirməyə hazır olduqlarını vurğulayıb.

Gununsesi.info