Prezident mühacir jurnalistin istəyini yerinə yetirdi

  • By admin
  • 01 Mart 2026 12:58

Hazırda Avropada yaşayan jurnalist Orxan Məmməd Azərbaycan vətəndaşlığından məhrum edilib.

Gununsesi.info bildirir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Orxan Məmməd özü isə bildirib ki, bu barədə məlumatlıdır:

”Azərbaycan səfirliyindən aldığım məktuba görə, İlham Əliyevin 26 Dekabr 2025-ci il tarixli Fərmanı ilə Azərbaycan vətəndaşlığından çıxarılmışam. Bu qərar şəxsi istəyimlə, ötən ilin əvvəlində prezidentə yazdığım ərizə nəticəsində verilib. Artıq sadəcə Almaniya vətəndaşlığı daşıyıram”.

 

Günay

Gununsesi.info