Prezident vətəndaşları aksiyaya dəvət etdi

  • By admin
  • 15 İyun 2022 11:14

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın Avropa inteqrasiyasına sadiqliyini göstərmək üçün, 16 may tarixində vətəndaşları aksiyaya çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Zurabişvili keçirdiyi birifinq zamanı çağırış edib.

O qeyd edib ki, bu aksiyada heç bir çıxış olmayacaq:

“Belə bir həlledici zamanda nə etməliyik? İlk gündən etibarən, mən sizlərə birlik təklif edirəm. Həmçinin sizə təklif edirəm ki, 16 iyun tarixində Avropa meydanına toplaşaq. Bu addımla biribirimizə, Avropaya özümüzü göstərək. Mən, siz, istənilən partiya və ya hökumət nümayəndəsi bu tədbirə sadə vətəndaş olaraq gələcək. Orada nə sözlə çıxış edən olacaq nə də banerlər. Biz gələcək nəsillər üçün, övladlarımız üçün Avropanı istəyirik”, – deyə prezident vurğulayıb.

Gununsesi.info