Prezidentlər Türkiyə – Uels matçını izləyir

  • By admin
  • 16 İyun 2021 20:46

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə – Uels matçını izləyir.

Gununsesi.info xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də İsveçrə ilə heç-heçə edib – 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub – 0:3.

Gununsesi.info