ABŞ-da Demokratlar Partiyasından prezidentliyinə namizəd Co Bayden bildirib ki, oğlu Hanterin yazışmaları barədə iddiaların yayımlanması Rusiyanın dezinformasiya kampaniyasının bir hissəsidir.
Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” yazır.
“Oxuduğum və bildiyimə görə, kəşfiyyat cəmiyyəti Donald Trampı vəkili Rudi Culianinin ruslardan dezinformasiya aldığı barədə xəbərdar edib. Biz, eyni zamanda, bilirik ki, Putin Co Bayden haqqında dezinformasiya yaymaq üçün çox çalışır. Rusiya, Culiani və Trampın birgə hərəkət etməsi qarayaxma kampaniyasıdır”, – Bayden deyib.
Qeyd edilir ki, daha əvvəl Hanter Baydenin noutbukunda tapıldığı iddia edilən yazışmalara əsaslanan bir sıra məqalələr dərc edilib.
Gununsesi.info