Putin Pelenin ölümü ilə bağlı teleqram vurdu

  • By admin
  • 30 Dekabr 2022 14:42

Rusiya prezidenti Vladimir Putin məşhur futbolçu Pelenin ölümü ilə əlaqədar olaraq braziliyalı həmkarına teleqram vurub.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, teleqramda deyilir:

“Mənə bu görkəmli insanla şəxsən ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olub. Mən hər zaman onun işıqlı xatirəsini qoruyub saxlayacağam”.

Qeyd edək ki, əfsanəvi futbolçu dünən dünyasını dəyişib.

Gununsesi.info