Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması: İnsanlar hər hansı səbəbdən əllərinə silah götürürlər

  • By admin
  • 17 Dekabr 2020 16:35

Rusiya uzun illər Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana geri qaytarılmalı olduğu fikrindən çıxış etdi. Bundan əlavə, bölgədə status-kvo müəyyənləşdirilməlidir.

Gununsesi.org xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, münaqişə məsələsində əsas qan tökülməsini dayandırmaqdır: “Tərəflər üçtərəfli müqavilənin imzalanması ilə sahib olduqları mövqelərə diqqət yetirməlidirlər. Gerçək durum daha qarışıqdır. İnsanlar hər hansı səbəbdən əllərinə silah götürürlər. Ermənistan belə Qarabağın müstəqilliyini tanımadı, beynəlxalq hüquq baxımından bunlar Azərbaycan əraziləridir”.

Putin bildirib ki, münaqişənin xarici müdaxilə səbəbindən alovlandığına şübhə edir.

Gununsesi.org