Putinlə Lukaşenko arasında telefon danışığı baş tutub

  • By admin
  • 11 İyul 2022 14:28

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər Litvanın Ruisyanın Kalininqrad vilayətinə yüklərin tranzitinə tətbiq etdiyi məhdudiyyətləri müzakirə ediblər.

Dövlət başçıları həmçinin iki ölkə arasında əlaqələrin gücləndirilməsi məsləsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Gununsesi.info