Qəzzada sülhün bərqərar olması ehtimalı artıb

Bəzi ekstremist elementlərin aradan qaldırılmasından sonra Qəzza zolağında sülhün bərqərar olması ehtimalı artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “Time” qəzetinə müsahibəsində bildirib.

İsmayıl Haniyənin ölümündən sonra atəşkəsin olma şansı ilə bağlı sualına baş nazir belə cavab verib: “Getdikcə artır, çünki sövdələşməyə qarşı çıxan bəzi ekstremist ünsürlər artıq aramızda deyil”.

Bundan əvvəl Ağ Ev bildirmişdi ki, Birləşmiş Ştatlar HƏMAS və İsrail arasında atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair razılaşmanın bağlanmasına “həmişəkindən daha yaxındır”.

 

 

İlhamə

Gununsesi.info