“Respublikanski”də xəstə özünü pəncərədən atdı

  • By admin
  • 08 Fevral 2023 13:50

Bakıda xəstəxanada intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında (“Respublikanski”) müalicə alan Şabran rayon sakini, 1962-ci il təvəllüdlü C.Əzizov özünü pəncərədən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info