Ruhanidən SƏRT SÖZLƏR: "Əlimizi-qolumuzu bağladınız..."

  • By admin
  • 25 İyul 2021 22:10

İran prezidenti Həsən Ruhani ABŞ tərəfindən tətbiq olunan iqtisadi sanksiyaların ləğv edilməməsində İran parlamentini günahlandırıb.

Gununsesi.info xəbər verir ki, İran liderinin sözlərinə görə, parlament nüvə qanunu qəbul edərək dövləti əngəlləməsəydi, sanksiyalar keçən ilin sonuna qədər ləğv ediləcəkdi:

“Əllərimiz qüvvəyə minmiş qanunla bağlandı. Vyanadakı 5+1 ölkələri ilə əldə edilən razılaşmanın mətni o vaxt İran Parlamentinə çatdırılmışdı”, – Ruhani qeyd edib.

Gununsesi.info