Rusiyaya işləməyə gedənlər çətinliklə üzləşə bilərlər

  • By admin
  • 12 Dekabr 2021 19:56

Əmək miqrantları rus dili və ölkə qanunlarını bilərək ölkəyə səfər etməldirlər. Hətta əmək miqrantları üçün məcburi genomik qeydiyyat, barmaq izlərinin götürülməsi və digər qeydiyyat prosedurlarının tətbiq olunması təklif edilir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının iclasında deyib.

“Bizə işləmək üçün gəlmək istəyən insanlar, ölkəmizə bu səfərə hazırlaşanlar dili, qanunvericiliyimizi öz vətənlərində öyrənsinlər. Onlar hüquqlarını bilsinlər, bilsinlər ki, ictimai təşkilatlarımız və dövlət orqanlarımız Rusiya Federasiyasının qanunlarına və qaydalarına, adət-ənənələrimizə riayət etmək onları nəyə yönəldir”.

Putin deyib ki, o artıq bu məsələni Özbəkistanın prezidenti ilə müzakirə edib , Kazaxıstan, Tacikistan və Qırğızıstan prezidentləri ilə də bu istiqamətdə birgə iş aparılır.

Bu arada əmək miqrantlarının Rusiyada yaşaması və işləməsi getdikcə çətinləşir. Ölkə medaisınınməlumatına görə, Rusiyaya giriş qaydaları tezliklə dəyişəcək: Beləki 2021-ci il dekabrın 29-dan etibarən üç aydan artıq müddətə ölkəyə gələn əcnəbilərin barmaq izi alınmalı, həmçinin narkotiklərə aludəçilik və infeksiyaların, o cümlədən QİÇS-ə yoluxma hallarının olmadığı təsdiqlənməlidir.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yazında Rusiyada qeyri-leqal miqrantların deportasiyasına qoyulan moratoriumun müddəti bu il oktyabrın 1-də rəsmən başa çatıb. Amma sonra bəlli olub ki, bu müddət qeyri-leqallar üçün deyil, miqrasiya xidmətində qeydiyyata düşənlər üçün dekabrın 31-dək uzadılıb.

Bu ilin noyabrında Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “qonşu ölkələrdən” gələn əmək miqrantları üçün məcburi genomik qeydiyyat, barmaq izlərinin götürülməsi və digər qeydiyyat prosedurlarının tətbiq olunmasını təklif edib.

Gununsesi.info