Ruslar döyüşdə ölənlərin meyitlərini yandırır

  • By admin
  • 09 Fevral 2023 22:36

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Tokmak bölgəsindəki rus işğalçıları cəbhədə öz itkilərini gizlətmək üçün səyyar krematoriya yaradıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Düşmən itki verməkdə davam edir. Zaporojye vilayətinin Tokmak şəhərindəki “Pridneprovskaya biotes” müəssisəsinin ərazisində ölən işğalçıların sayını gizlətmək üçün rus işğalçıları səyyar krematoriya quraşdırıblar. Yerli sakinlər xüsusən gecələr meyit qoxusunun davamlı olmasından şikayətlənirlər”, – deyə bildirilib.

Gununsesi.info