Saakaşvili Rustavi türməsindən çıxarıldı

  • By admin
  • 08 Noyabr 2021 19:49

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasından çıxarılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə sabiq prezidentin anası Quili Alasaniya məlumat verib.

O bildirib ki, oğluna baş çəkmək istəsə də, onu həbsxanaya buraxmayıblar:

“İki zirehli avtomobil gəldi, daha sonra üzərimizdən helikopter uçdu”.

Gürcü mediasının iddiasına görə, Saakaşvili helikopterlə Qori hərbi hospitalına aparılıb.

***

M.Saakaşvili türmə xəstəxanasına yerləşdirilib.

Bu barədə Gürcüstan Penitensiar Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, eks-prezidentin səhhətindəki ağırlaşmanın qarşısını almaq üçün o, 12 saylı penitensiar müəssisədən məhkumlar üçün nəzərdə tutulan 18 saylı tibbi müəssisəyə köçürülüb.

Gununsesi.info