Polşada quş qripi yayılır

  • By admin
  • 08 Noyabr 2021 20:29

Polşada ümumi sayı 650 000-ə yaxın quş olan quşçuluq təsərrüfatlarında yüksək patogenik H5N1 quş qripi qeydə alınıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.

 

Təşkilat bildirir ki, dördü hinduşka fermalarında, biri isə toyuq broyler fermasında olmaqla beş yayılma mərkəzi ölkənin şərq hissəsində, digəri isə ölkənin qərb hissəsində hinduşka və qaz fermasında aşkar edilib.

 

Ən çox köç edən vəhşi quşlar tərəfindən bir ölkədən digərinə ötürülən quş qripi Avropada sürətlə yayılır.

Gununsesi.info