Sabah 27 dərəcə isti olacaq

  • Müəllif: Firuzə
  • 27 Oktyabr 2025 12:45

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturu gecə 14-17, gündüz 21-26 isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

 

Gununsesi.info