Bakının üç qəsəbəsində qaz olmayacaq

  • By Günel
  • 15 Yanvar 2025 19:42

Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 16.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Gununsesi.info -ya verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info