Goranboyda iki maşın toqquşub: - Xəsarət alan var - FOTOLAR

  • By Günel
  • 15 Yanvar 2025 19:34

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info -nun APA-ya istinadən məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda, Meşəli kəndi ərazisində qeydə alınıb. Borsunlu kənd sakini 1992-ci il təvəllüdlü Aqşin Rüstəmovun idarə etdiyi “Shacman” markalı yük maşını ilə Xocalı rayon sakini 2002-ci il təvəllüdlü Tacir Rəcəbovun idarə etdiyi “VAZ 21015” markalı minik maşını toqquşub. Minik maşını yolunun kənarına aşıb, sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info