Sabahdan Almatıda terror təhlükəsi ilə bağlı yüksək – “narıncı” səviyyə ləğv olunacaq.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Almatı şəhər Terrorizmlə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilib ki, şəhərdə vəziyyətin stabilləşməsi ilə əlaqədar belə bir qərar qəbul olunub. Beləliklə, 7 fevral saat 00.00-dan Almatıda “narıncı” terror təhlükəsi səviyyəsi ləğv olunacaq. Bununla belə, hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirəcəklər.
Gununsesi.info