Sağalanlar yoluxanları üstələdi –  27 nəfər öldü

  • By admin
  • 09 Noyabr 2021 16:51

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 855 yeni yoluxma faktı qeydə alınıb, 2 199 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 550 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511 400 nəfər müalicə olunaraq sağalıb, 7 320 nəfər vəfat edib, aktiv xəstə sayı 31 726 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 002, ötən müddət ərzində isə ümumilikdə 5 301 252 test aparılıb.

Azərbaycanda 1 855 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb - Gallery Image

Gununsesi.info