Saleh Rüstəmlinin azad edilməsi üçün məhkəməyə ərizə verildi

  • By admin
  • 06 Dekabr 2021 12:08

Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı vəkilləri Aqil Layıc və Bəhruz Bayramov Nizami Rayon Məhkəməsinə rəsmi ərizə təqdim ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmov hər an koma vəziyyətinə düşə bilər: “Saleh Rüstəmlinin səhhətində olan ciddi problemlərə görə, azadlığa buraxılması üçün ərizə rəsmi olaraq Nizami Rayon Məhkəməsinə təqdim olundu. Saleh bəy müalicə müəssisəsinə yerləşdirilib. Penitensiar Xidmətin Müalicə Müəssisəsi Nizami rayonu ərazisində yerləşdiyinə görə ərizəni həmin məhkəməyə təqdim etdik.

Saleh Rüstəmlinin hazırda 3 ciddi xəstəliyi var. Böyrək çatışmazlığından da əziyyət çəkir. Ailəsinin məlumatına görə, bu gündən etibarən su içməyi də dayandıracaq. Hər an koma vəziyyətinə düşə bilər”.

Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S. Rüstəmovun Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.

Gununsesi.info