
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində 206 nəfər ilk dəfə səsvermədə iştirak edəcək.
Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, 65 saylı Salyan – Biləsuvar – Neftçala seçki dairəsinin sədri Qəhrəman Cəbrayılov açıqlayıb.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində o cümlədən 80-100 yaş arasında 831 nəfər öz səsvermə hüququndan istifadə edəcək.
Qeyd edək ki, sözügedən dairədə 50 seçki məntəqəsi yaradılıb, 52 min 665 seçicinin səsvermədə iştirakı gözlənilir.