Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıblar

Salyanda qız qaçıran şəxslər saxlanıblar.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.

O bildirib ki, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub:

“Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli, O.İsmayıllı və M.Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir”.

10:08

Salyanda gənc qız qaçırılıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Səfərli Zöhrab Natiq oğlu və həmkəndlisi 2003-cü il təvəllüdlü Hüseynov Mirsabir Bəhrəm oğlu ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevanı (ad və soyad şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla Mirsabir Hüseynovun idarə etdiyi VAZ-2106 markalı avtomobilə oturduraraq evlənmək məqsədilə aparıblar.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Gununsesi.info