Saxlanılan direktorun və baş həkimin həbs videosu yayıldı

  • By admin
  • 22 Aprel 2021 15:02

Koronavirus xəstələrinin müalicəsini həyata keçirən “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbs görüntüləri yayılıb.

Gununsesi.info-nun məlumatına görə, görüntülərdə həbs edilən şəxslərin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, hər iki şəxs bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyatla həbs olunub.

Görüntüləri təqdim edirik.

Gununsesi.info