Serbiya Prezidenti COP-29-a dəvət edilib

  • By ilhame
  • 16 Aprel 2024 20:56

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Gununsesi.info xəbər verir ki, dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

 

Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.

Gununsesi.info