Şimali Koreyanın raketləri daha dəqiq olur…

  • By Admin2
  • 06 Fevral 2025 16:51

Şimali Koreyanın ən yaxın müttəfiqi Rusiyaya göndərdiyi ağır döyüş sursatları təkmilləşdirilməyə davam edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, KN-23 ballistik raketlərinin dəqiqliyi artıb.

Belə ki, son bir neçə həftə ərzində Ukraynanı vuran Şimali Koreya raketləri çox az sapıb.

İddialara görə, raketlərdəki bu əhəmiyyətli təkmilləşdirmə Şimali Koreya əsgərlərinin bölgədə yerləşdirilən döyüş təcrübəsi sayəsində mümkün olub.

Rusiyada döyüşən Şimali Koreya əsgərləri mühəndislərə aktiv döyüş işləri ilə dizaynı təkmilləşdirməyə kömək ediblər.

Orxan Saffari

Gununsesi.info