Sinan Oğan, nəhayət seçkidə kimi dəstəkləyəcəyini açıqladı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 22 May 2023 19:22

Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.

O, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

Sinan Oğan ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.

10:12

Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq.

Mənbə iddia edir ki, Sinan Oğan artıq bu gün (22 may) ikinci turda məhz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini rəsmən elan edəcək.

Bundan əlavə, Sinan Oğanın beş bəndlik protokola imza atacağı gözlənilir.

Məlumatda həmçinin iddia olunur ki, Sinan Oğan Ərdoğanla görüşdən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Gununsesi.info