Sinqapur parlamenti buraxıldı

  • By Admin2
  • 15 Aprel 2025 15:17

Seçki prosesi Sinqapur prezidentinin parlamenti buraxmasından sonra başlayıb. Ümumi seçkilərin mayın 3-də keçiriləcəyi açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Prezident Tharman Şanmuqaratnam parlamenti buraxdıqdan sonra Cənubi Asiya adasında və Sinqapur şəhər-ştatında yeni seçki tarixi müəyyən edilib.

Sinqapur Seçki Komissiyası seçkilərin mayın 3-də keçirilməsinə qərar verib. Namizəd siyahılarının müəyyənləşdirilməsi üçün son tarix aprelin 23-ü elan edilib. Bu tarixdən sonra doqquz gün seçki kampaniyası aparılacaq və bir günlük “soyutma” müddətindən sonra seçicilər seçki məntəqələrinə gedəcəklər. 

Gununsesi.info