Şirvanda ağır qəza: 5 yaralı var...

  • Müəllif: Günel
  • 02 May 2025 23:26

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info