ABŞ-ın Corciya ştatında doğuş zamanı həkimin həddindən artıq güc tətbiq etməsi nəticəsində körpənin başı qopub.
Gununsesi.info xəbər verir ki, ailənin məhkəməyə müraciətindən sonra aparılan məhkəmə-tibbi ekspertizası nəticəsində körpənin ölümünün qətl olduğu müəyyən edilib.
Ailə körpənin dəfn xərclərinə əlavə olaraq 10 min dollar təzminat tələb edir.
Məlumata görə, 21 yaşlı Cesika Ross doğuş üçün Cənubi Regional Tibb Mərkəzinə gedib. Doğuş zamanı həkim körpənin başını lazım olduğundan artıq güclə çəkməyə çalışıb və körpənin başı qopub. Bundan sonra o, onunla eyni yaşda olan sevgilisi Treveon Isaiah Taylor ilə xəstəxanaya qarşı iddia qaldırıb.
Məhkəmə-tibb ekspertizasında körpənin ölümünün həkim səhvi deyil, qətl kimi qiymətləndirilməsi qərara alınıb.
Ailənin vəkili Roderik Edmond xəstəxananın da hadisəni ört-basdır etməyə çalışdığını bildirib.
Xəstəxana açıqlamasında baş vermiş hadisədən çox kədərləndiklərini və hər məsələdə ailəyə dəstək olacaqlarını bildirib.
İddiaya kobud səhlənkarlıq, dələduzluq və qəsdən emosional gərginlik salma ittihamları daxildir. Ailə körpənin 10 min dollarlıq dəfn xərclərini qarşılamaqla yanaşı, dəqiqləşdirilməmiş məbləğdə təzminat tələb edir.
Cinayətlə günahlandırılan həkim hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyib.
Gununsesi.info