Sumqayıtda köməksiz vəziyyətdə qalan uşaq xilas olundu

  • By Günel
  • 15 Mart 2025 09:15

Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalan uşağın xilas olunması təmin edilib.

Gununsesi.info