Amerikalı aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Münhen hava limanında saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Nəşrin məlumatına görə, aktyor bir neçə saatdır ki, aeroportun ofisindədir. Səbəb onun üzərində, Şvartseneggerin dediyi kimi, hərracda satmağa hazırlaşdığı dəbdəbəli “Audemars Piguet” saatının tapılması olub.
Bildirilib ki, Şvartsenegger Münhendən Ümumdünya İqlim Sammitinin keçirildiyi Kitzbühelə getməyi planlaşdırıb.
Gununsesi.info