Tanınmış jurnalist: Türkiyədəki seçkilər 6 ay və ya 1 il ertələnəcək

  • By admin
  • 14 Fevral 2023 18:11

Türkiyənin tanınmış jurnalisti, “Habertürk” televiziyasının aparıcısı Fatih Altaylı Türkiyədəki seçkilərin ertələnə biləcəyini yazıb.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, jurnalist siyasi seçkilərin ən azı, 6 ay və ya 1 il sonraya təxirə salınacağını deyir. Altaylı düşüncələrini bu cür izah edib:

“Yüksək Seçki Qurumunda 4 şəhərdə tamamən, 6 şəhərdə isə qismən seçki prosesinin yürüdülməsinin feilən imkansız hala gəldiyini bildirəcək və bu seçkilərin ertələnməsini istəyəcək. Beləliklə, seçkilər ən azı, 6 ay və ehtimal ki, 1 il ertələnəcək”

Jurnalist bildirib ki, iqtidar tərəfi seçkilərin ertələnməsini ciddi-ciddi ələ alır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info