Tarif Şurasından yeni qiymət artımı - BU DƏF...

  • By admin
  • 26 Oktyabr 2022 18:13

Oktyabrın 26-da ölkənin Tarif Şurası əhali üçün şəhər telefon rabitəsinin qiymətinin ayda 2,5 manatdan 3,5 manata qədər artırılması haqqında qərar qəbul edib.

Gununsesi.info bildirir ki, bu qiymət noyabrın 1-dən tətbiq ediləcək.

Eyni zamanda internet, xüsusi radioəlaqə, “AzStateNet” optik lif şəbəkəsi və digər xidmətlərin tarifləri artırılacaq. Tarif Şurası hesab edir ki, bu xidmətlərin yalnız dövlət orqanlarına göstərildiyini nəzərə alaraq, qiymət artımı əhaliyə təsir etməyəcək.

Gununsesi.info