Tarixdə bu gün hansı hadisələr baş verib?

  • Müəllif: Orxan
  • 28 Oktyabr 2024 11:00

1492 ilin bu günü Xristofor Kolumb Kubanı kəşf edib.

Bəs tarixdə bu gün başqa hansı hadisələr baş verib?

Gununsesi.info 28 oktyabrda tarixdə baş verən mühim hadisələri təqdim edir:

1.1516 – Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub edib.

2.1918 – Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil olub.

3.1940 – İtaliya ordusunun Yunanıstana hücum etməsi ilə Yunanıstan İkinci dünya müharibəsinə daxil olub.

4.1941 – SS qüvvələri Litvada 9000-dən çox yəhudini güllələyiblər.

5.1962 – Karib böhranı: Nikita Xruşşov Kubada sovet raketlərinin sökülməsini elan edib.

6.1998 – İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilib.

7.2008 – Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirildi və həmin axşam cənazə xüsusi reyslə Bakıya gətirilib.

Orxan Saffari

Gununsesi.info