
Tarixdə ilk dəfə olaraq tamamilə qadınlardan ibarət kosmik ekipaj səyahətini uğurla başa vurdu. Komandanın bir hissəsi olmasa da, türk alimi Canan Dağdeviren bu səfərdə inkişaf etdirdiyi geyilə bilən ultrasəs cihazını kosmosa göndərərək tarixi missiyaya töhfə verdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Blue Origin-in New Shepard kosmik gəmisi bütün qadınlardan ibarət ekipajı kosmosa göndərməklə tarix yazdı.
ABŞ-nin Texas ştatından buraxılan kosmik gəmi kosmosa çatdı və göyərtəsində Jeff Bezosun nişanlısı, keçmiş jurnalist Lauren Sanchez, müğənni Keti Perri, jurnalist Geyl King, keçmiş NASA raket alimi Aisha Bowe, alim Amanda Nguyen və film prodüseri Kerianne Flynn daxil olmaqla altı qadınla uğurla geri qayıdıb.
Bu tarixi səfərdə türkiyəli bir alim də dolayısı ilə iştirak edib. Massaçusets Texnologiya İnstitutunun (MIT) dosenti Canan Dağdeviren, inkişaf etdirdiyi geyilə bilən ultrasəs cihazını kosmosa göndərməklə bu uğura töhfə verib.
Dağdeviren erkən mərhələdə döş xərçəngi diaqnozunda istifadə etmək üçün hazırladığı elektron büstqalteri kosmosda sınaqdan keçirmək üçün hazırlayıb. Cihaz müntəzəm müayinələrə baxmayaraq, döş xərçəngi diaqnozu qoyulan və qısa müddət sonra dünyasını dəyişən Dağdevirənin bibisindən ilham alaraq hazırlanıb.
Uğurlarını Cümhuriyyətə borclu olduğunu vurğulayan Dağdeviren, “Mən bu uğuru Atatürk Cümhuriyyətinin hamı üçün bərabər olan sistemində təhsil almış bir fərd olaraq əldə etdim” deyib.
Dağdeviren daha əvvəl BBC tərəfindən “2023-cü ilin ruhlandırıcı qadınları”ndan biri seçilib.
Orxan