Tramp Baydeni günahlandırır

ABŞ prezidentliyinə namizəd Donald Tramp İranın İsrailə hücumunda və dünyanı bürüyən digər münaqişələrdə hazırkı Amerika lideri Co Bayden və onun administrasiyasını günahlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə The Hill məlumat yayıb.

“Bu gün dünyaya baxın – hazırda Yaxın Şərqdə uçan raketlərə baxın, Rusiya-Ukrayna ilə baş verənlərə baxın, dünyanı məhv edən inflyasiyaya baxın. Mən prezident olanda bunların heç biri olmayıb!” — deyə Tramp sosial şəbəkəsində yazıb.

Tramp həmçinin Bayden və ABŞ-ın vitse-prezidenti Kamala Harrisi liderlik çatışmazlığına və zəif Amerika xarici siyasətinə görə tənqid edib. Onun sözlərinə görə, o, Ağ Evə rəhbərlik edərkən İran tam nəzarət altında idi.

Siyasətçi qeyd edib ki, İranın hücumuna səbəb digər ölkələrin “artıq ABŞ-a hörmət etməməsi” olub.

“Dünya yanır və nəzarətdən çıxıb Mən çoxdandır ki, üçüncü dünya müharibəsindən danışıram və proqnoz vermək istəmirəm, çünki onlar həmişə gerçəkləşir, lakin onlar çox yaxındırlar”, – deyə o, yekunlaşdırıb.

 

 

 

Gununsesi.info