
Tramp noyabrda keçiriləcək prezident seçkiləri kampaniyası çərçivəsində Ayova ştatında keçirilən mitinqdə çıxış edib.
Gununsesi.info xəbər verir ki, Makronla prezidentliyi dövründəki görüşünü xatırladan Tramp ABŞ texnologiya şirkətlərinə vergi tətbiq edəcəyini açıqlayanda Fransa prezidentinin ləhcəsini təqlid edib.
Tramp görüşdə bu vergi ilə bağlı qanunu geri götürməsə, həmin gecədən etibarən Fransadan ABŞ-a satılan bütün şərab və şampanlara 100 faiz vergi tətbiq edəcəyini söyləyib.
Fransa prezidentinə onun ləhcəsini təqlid edərək cavab verən Tramp Makronun “Yox, yox, yox, bunu edə bilməzsən, Donald” dediyini bildirib.
Gununsesi.info