Donald Trampın Vladimir Putinlə avqustun 15-də sammitindən sonra aparılan danışıqlarda Avropa liderləri ABŞ prezidentini Rusiyanın Ukraynada döyüşləri dayandırmaq niyyətində olmadığına inandırıblar.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Nəticədə tərəflər daha sərt sanksiyaların zəruriliyində razılaşıblar, lakin Vaşinqton və Brüssel fərqli yanaşmalar təklif edir.
Aİ rəsmiləri bildiriblər ki, Brüssel sanksiyaların 19-cu raundunu yekunlaşdırır və onların effektiv olması üçün ABŞ-la koordinasiya vacibdir. Tramp isə Avropanı Rusiyadan enerji idxalını dayandırmağa və Çinlə Hindistana yüksək tariflər tətbiq etməyə çağırıb. ABŞ bu məsələni G7 xarici işlər nazirlərinin görüşündə gündəmə gətirmək niyyətindədir.
Lakin Avropa tərəfi tariflərə qarşı çıxır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen onları istehlakçılar üçün əlavə vergi adlandırıb. Ekspertlər bildirirlər ki, Aİ iqtisadiyyatı ixraca əsaslandığından belə addımlar blokun maraqlarına uyğun deyil.
Firuzə











