ABŞ prezidenti Donald Tramp vəzifəsinə başlayandan bəri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyib.
Ekspertlər bildirir ki, Tramp avropalı müttəfiqlərini Moskva üzərinə daha sərt tədbirlər görməyə sövq edir, lakin özü birbaşa yeni sanksiyalar qoymaqdan çəkinir.
“The Washington Post” yazır ki, bu strategiya zaman keçdikcə Rusiyaya qarşı sanksiyaların təsirini azalda bilər. Keçmiş sanksiyalar eksperti Edvard Fişman hesab edir ki, yeni tədbirlər olmadan sanksiyaların effektliyi zəifləyir.
Daha əvvəl Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edib.
Gülxanım











