Türkəsilli iki qadın Niderlandda nazir oldu

  • By admin
  • 05 Yanvar 2022 11:00

Niderlandın yeni hökumətində iki türkəsilli qadın nazir vəzifəsini icra edəcək.

Gununsesi.info  “Hürriyet”ə istinadən xəbər verir ki, onlardan biri Liberal sağçı, Azadlıq və Demokratiya Partiyasından (VVD) millət vəkili Dilan Yeşilgöz Zegeriusdur.

O, Niderlandın yeni Nazirlər Kabinetində təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək.

“Demokratlar 66” Partiyasının (D66) üzvü, 49 yaşlı Günay Uslu isə mədəniyyət və mediadan məsul dövlət naziri olacaq.

Qeyd edək ki, 1977-ci ildə Ankarada dünyaya gələn Dilan Yeşilgöz Niderland parlamentində Türkiyəyə qarşı düşmənçilik nümayiş etdirməsi ilə tanınır. O, 2018-ci ildə Niderlandda qondarma “erməni soyqırımı”nı tanıyan 5 türk əsilli deputatdan biridir.

Türkiyə mediası yazır ki, Dilanın atası Yücel Yeşilgözün “PKK” terror təşkilatı ilə əlaqəsi ortaya çıxdıqdan sonra o, 1984-cü ildə Türkiyədən Niderlanda qaçıb.

Dilan Yeşilgöz 2014-cü ildə həkim Rene Zegerius ilə ailə həyatı qurub. Yeşilgöz holland və ingilis dillərini, eləcə də kürdcəni bilir.

Gununsesi.info